Azərbaycanın İranla sərhəd boyu yol çəkməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.
TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, bu cür məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradır.
"Azərbaycandan Naxçıvana getmək üçün əvvəllər həm dəmir, həm avtomobil yolu olub. Bu yol 7 metr enində idi və Ağbəndə girmədən Mincivandan keçməklə Qafan və Naxçıvana gedirdi. Torpaqlarımız azad ediləndən sonra Prezident İlham Əliyev tapşırıq verib ki, yol Ağbənddən keçməklə Naxçıvan və İstanbula getməlidir. Yolun artıq 70 faizi hazırdır.
Fikrimiz odur ki, əvvəlki yol da alternativ bərpa edilsin. Həmin yol bərpa edildikdən sonra yeni çəkilən yolları ödənişli etməyi planlaşdırırıq", - S.Məmmədov deyib.