Son dəqiqə

Türkiyə Özəl Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi

Zəngəzur dəhlizinin açılması Türkiyə limanlarını daha aktiv hala gətirəcək – Nazirlik (ÖZƏL)

Bakı. TurkicWorld:

Zəngəzur dənizinin açılması Türkiyə limanlarını daha aktiv hala gətirəcək.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyindən bildirilib.

“Zəngəzur dəhlizi günümüzün ən aktual nəqliyyat dəhlizlərindən biridir. Bu dəhlizin açılması Ermənistan daxil olmaqla bütövlükdə regionun inkişafına xidmət edəcək.” – deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, bugün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən seçkilərdən sonra Azərbaycana ilk rəsmi səfərini edib.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və prezident Ərdoğan birgə mətbuata bəyanatla çıxış ediblər.

"Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, - deyə Azərbaycan Prezidenti bildirib.

Çıxış zamanı Ərdoğan, Zəngəzur dəhlizi ilə bağlı məsələləri sürətli həll edilməli olduğunu bildirib.

Mövzuya görə xəbərlər