Son dəqiqə

Anadolu Qartalı - 2023

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində ilk uçuşlar həyata keçirilib

Bakı. TurkicWorld:

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Mövzuya görə xəbərlər