“Biganə qalma” İctimai Birliyi tərəfindən xeyirxah aksiya təşkil edilib

“Biganə qalma” İctimai Birliyi tərəfindən xeyirxah aksiya təşkil edilib

Bakı. TurkicWorld:

Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi təşkil edilib.

TurkicWorld-un məlumatına görə, bayram şənliyində 400 dən çox müxtəlif yaş qrupunda olan uşaqlar iştirak ediblər.

Xeyirxah aksiya Ramazan bayramı münasibətilə “Biganə qalma” İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirdə uşaqlar üçün hədiyyələr paylanılıb və əyləncəli proqramlar təqdim olunub.

Qeyd edək ki, 2020-ci ildə Covid virusunun yaratdığı çətinliklər "Biganə Qalma" layihənin ərsəyə gəlməsinin səbəbi olmuşdur. Layihəni öz sahələrində uğur qazanmış dövlət və özəl sektorda çalışan gənc nümayəndələrdən ibarət komanda başlatmışdır.

İlk fəaliyyətə başladığı dövrlərdə pandemiya səbəbindən işsiz qalmış, maddi ehtiyacı olan ailələrə dəstək olmağa yönələn, "Evdə qal amma biganə qalma" şüarı ilə yola çıxan "Biganə qalma" komandası ehtiyac sahiblərinə biganə qalmamağı hədəfləyib.

Beş nəfərlə başlayan xeyriyyə üzvləri hal-hazırda 140 nəfərlə iki ay ərzində 6153 ailəyə yardım göstərib.