Son dəqiqə

Azərbaycan Quba Kəlbəcər Xaçmaz Bakı Lənkəran Qusar Milli Hidrometeorologiya Xidməti hava şəraiti Hava zərbələri yağış hava proqnozu

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Bakı. TurkicWorld:

Avqustun 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən TurkicWorld-a verilən məlumata görə, avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Qubada 21, Lənkəranda 11, Qusarda 10, Şahdağda 9, Balakən, Şəkidə 8, Astara, Neftçala, Şabran, Cocuqmərcanlıda 6, Biləsuvarda 5, Qax, Yardımlı, Lerikdə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Oğuz və Qəbələdə 3, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Qobustan, Sabirabad, Cəfərxan, Beyləqan, Zaqatala, Altıağac, Ağdam, Zərdabda 1 mm-dək qeydə alınıb.

Kəlbəcər, Laçın, Qrız, Şahdağ, Lerik və Şəkidə duman muşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Mövzuya görə xəbərlər