BQXK əməkdaşları Ermənistanda əsir saxlanılan iki hərbçimizə baş çəkib

BQXK əməkdaşları Ermənistanda əsir saxlanılan iki hərbçimizə baş çəkib

Bakı. TurkicWorld:

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Ermənistan tərəfindən əsir götürülən iki hərbçimizə baş çəkib.

TurkicWorld xəbər verir ki, BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə açıqlamasında bildirib ki, 19 aprel tarixində BQXK nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkib: "Onlarla təkbətək görüş keçirilmiş və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".