Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. TurkicWorld:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 467 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 373, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 57, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.