Rusiya sülhməramlılarına aid iki yük avtomobili Laçın yolundan keçib

Rusiya sülhməramlılarına aid iki yük avtomobili Laçın yolundan keçib

Bakı. TurkicWorld:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

TurkicWorld-un məlumatına görə Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 110 egündür davam edir.