Bakı. TurkicWorld:
İşğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsinin operativ təşkili məqsədilə, yeni alınmış 14 ədəd yanğın avtomobili Şuşa şəhərinin, Ağdam, Laçın, Cəbrayıl, Xocavənd, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarının yanğından mühafizə bölmələrinə verilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
Bununla yanağı işğaldan azad edilmiş ərazilərdə istifadə üçün 87 ədəd avtoçən, 3 ədəd nasoslu şlanq avtomobili, 2 ədəd köpük qaldırıcı dirsəkli avtomobil, 2 ədəd avtobus, 6 ədəd yük avtomobili olmaqla ümumilikdə 100 ədəd Rusiya istehsalı "Kamaz" və "Ural" markalı yanğın avtomobilləri, 11 ədəd "Lada Niva Travel" markalı və 5 ədəd "Nissan Patrol" markalı avtomobil, 9 ədəd "İveco Magirus" markalı Almaniya istehsalı olan yanğı avtonərdivanı alınıb, 41 ədəd Almaniya istehsalı yanğın avtomobilinin isə 2023-cü ildə gətirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.