Laçın-Xankəndi yolunda aksiya iştirakçıları Xocalı soyqırımı ilə bağlı şüarlar səsləndiriblər

Laçın-Xankəndi yolunda aksiya iştirakçıları Xocalı soyqırımı ilə bağlı şüarlar səsləndiriblər

Şuşa. TurkicWorld:

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 77 gündür ki, davam edir.

TurkicWorld-un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

Eyni zamanda, aksiya iştirakçıları "Xocalıya ədalət", "Xocalı soyqrımını unutma", "Xocalı soyqrımı XX əstin faciəsi" kimi şuarları üç dildə, Azərbaycan, Rus və İngilis dilində səsləndiriblər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.