Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqrımından 31 il ötür

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqrımından 31 il ötür

Bakı. TurkicWorld:

26 fevral 2023-ci il, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 31-ci ildönümü tamam olur. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barəsində qeyd etmişdir "Bütövlükdə Azərbaycan xalqına qarşı yönədilmiş Xocalı soyqırımı öz ağlagəlməz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovnistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburu köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandandan 150 min azərbaycanlı deportasiya olunmuş, 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı öz ata-baba yurdlarında qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366- cı moto-atıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlagəlməz amansızlıqla qətlə yetirildi, 487 dinc sakin yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki əhalinin məqsədyönlü qırğını Ermənistanda dövlət siyasətində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi və sadəcə etnik mənsubiyyətinə görə insanların kütləvi qətlinə yönəlmişdi. XX əsrin sonunda baş vermiş bu faciyə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimayyətinə çardırılması, onun soyqırım kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. Faciə barəsində həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci idən bu fəaliyyət "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırım kimi tanıyıb.

Xocalı Soyqırımını törətməkdə ermənistan silahlı qüvvələrinin məqsədi doğma torpaqlarının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq , torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciyə xalqımızı ruhdan salmadı, əksinə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi, 2020-ci ilin 27 sentyabırında başlayan və 44 gün davam edən Vətən . müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan ordusu düşmən üzərində Tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımzı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibədə misilsiz qəhrəmanlıqlar nümayiş etdirən Ordumuz Xocalı soyqıqımının qurbanlarının da qisasın aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Vətənimiz bütövləşdi. Bunula da xalqımız cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Milli Məclisin deputatı

Rauf Əliyev