Azərbaycanlı tələbə ABŞ-da keçirilən olimpiadadan qızıl medalla qayıtdı

Azərbaycanlı tələbə ABŞ-da keçirilən olimpiadadan qızıl medalla qayıtdı

Bakı. TurkicWorld:

Azərbaycanlı tələbə Qəndab Məmmədova ölkəyə ABŞ-da keçirilən Kopernik olimpiadasından qızıl medalla qayıdıb. Həmyerlimiz əvvəllər bir neçə olimpiadada iştirak edib, qızıl və gümüş medallar qazanıb.

Qəndab Məmmədovanın akademik uğurlarını sizinlə bölüşürük:

1. ABŞ-da keçirilmiş Kopernik olimpiadasından 1 qızıl medal

2. "Şuşa ili"-nə həsr olunmuş respublika olimpiadasından 1 qızıl medal

3. Respublika fənn olimpiadasından 2 gümüş medal

4. Beynəlxalq SAT imtahanından 1450 bal

Qəndab Məmmədova ölkənin tanınmış təhsil ocağı olan "STAR Colleges"-də təhsil alır. Qeyd etmək istərdik ki, Qəndab, "STAR Colleges"-də cəmi 3 ay hazırlaşaraq SAT imtahanından 1450 bal toplamışdır.

Qəndabı uğurları münasibətilə təbrik edir və uğurlarının davamını arzulayırıq!