Azərbaycan Türkiyənin çadır və konteyner ehtiyacını qarşılayır - Cahit Bağcı

Azərbaycan Türkiyənin çadır və konteyner ehtiyacını qarşılayır - Cahit Bağcı

Bakı. TurkicWorld:

Bugünə qədər Azərbaycanda Türkiyədəki zəlzələ bölgələrinə 750 tondan çox qida göndərilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Türkiyənin çadır və konteyner ehtiyacını qarşılayır. Ehtiyaclarımız nələrdir, bu istiqamətdə hansı işlər görə bilərik onları müzakirə etməyə davam edirik. Bugün Azərbaycandan Türkiyəyə 26 konteyner ev göndərilir. Təkrar bu yardımlara görə təşəkkür edirəm. Azərbaycan türk vətəndaşlaırını zəlzələdən sonra yaşaşdığı çətin anı biraz rahatlatmaq üçün səfərbər oldu. Bu səbəbdən Azərbaycan xalqına bir daha təşəkükr edirəm", - deyə səfir əlavə edib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.