Son dəqiqə

Türkiyə zəlzələ AzTv

Qardaş ölkəyə yardım ölkəmizdə necə təşkil olunub - “Əsas məsələ”də müzakirə

Bakı. TurkicWorld :

Artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir. Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə göndərilib.

İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

TurkicWorld -in məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Qardaş ölkəyə yardım ölkəmizdə necə təşkil olunub" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nigar Arpadarai - MM-in deputatı, Elxan Şıxəliyev - hərbi ekspert və Azər Allahverənov - QHT rəhbəri, mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz:

Mövzuya görə xəbərlər