Türkiyədə zəlzələyə görə məktəblər bağlanıb

Türkiyədə zəlzələyə görə məktəblər bağlanıb

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələyə görə təhsil dayandırıldı.

TurkicWorld-in məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Mahmud Özer deyib.

"Bu gündən etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya vilayətlərində təhsilə 2 həftəlik fasilə veririk",- deyə o bildirib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.