Son dəqiqə

TDT

TDT Müsəlman Dini İdarə Rəhbərləri Ağdama gəliblər

Ağdam. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.

TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan konfrans işini Ağdam şəhərində davam etdirir.

Konfrans çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaninin elmi-fəlsəfi irsi, İslam dünyasında rolu və irsinin müasir dövrdə öyrənilməsi ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər