BAKI,TurkicWorld
Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.
TurkicWorld xəbər verir ki, növbəti yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib.
Yanğın 20 hektara yaxın ərazini əhatə edir.
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir