Son dəqiqə

Almond Cake & Bakery Bakı İçərişəhər yeni filial açılışı Bakı şirniyyat şəbəkəsi bakery brend inkişafı qida sənayesi Bakı şirniyyat istehsalı standartları Almond Cake & Bakery filial sayı

Almond Cake & Bakery İçərişəhərdə 8-ci filialının açılışını qeyd etdi

BAKI,TurkicWorld

Mayın 11-i İçərişəhər ərazisində yerləşən “Almond Cake & Bakery”nin 8-ci filialının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimi geniş formatda baş tutub.

TurkicWorld xəbər verir ki, tədbirdə şirkət nümayəndələri, tərəfdaşlar, yerli və xarici qonaqlar iştirak edərək, brendin inkişaf dinamikası və gələcək planları ilə yaxından tanış olublar. Açılış çərçivəsində qonaqlara təqdim olunan məhsullar və xidmət yanaşması “Almond”un əsas prinsiplərini bir daha nümayiş etdirib.

Hazırda “Almond Cake & Bakery”nin ümumi filial sayı 10-a çatır. Şirkətin yanaşmasına əsasən, bütün filiallarda məhsul çeşidi eyni standartlara uyğun şəkildə təqdim olunur. İçərişəhərdə yerləşən filial da bu baxımdan istisna deyil — burada xüsusi və ya fərqləndirilmiş məhsul xətti tətbiq edilmir.

Şirkət nümayəndələrinin sözlərinə görə, əsas məqsəd filialdan asılı olmayaraq hər bir müştəriyə eyni keyfiyyət, eyni dad və eyni xidmət təcrübəsini təqdim etməkdir. Bu yanaşma brendin etibarlılığını qorumaqla yanaşı, müştəri gözləntilərinin hər zaman qarşılanmasına xidmət edir.

“Almond Cake & Bakery” gələcək fəaliyyətində də bu standartları qoruyaraq yeni layihələr və inkişaf istiqamətləri üzərində işləməyə davam edəcək.