Son dəqiqə

Bakı Tekstil Fabriki İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyi Tənha anaların sosial inkişafına dəstək layihəsi

Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub

BAKI,TurkicWorld

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsinin kollektivi üçün Bakıda tekstil istehsal müəssisəsinə ekskursiya təşkil olunub.

TurkicWorld xəbər verir ki, ekskursiya Bakı Tekstil Fabrikidə baş tutub. Səfər zamanı iştirakçılar müəssisənin istehsal prosesi ilə yaxından tanış olub, tekstil sahəsində müasir yanaşmalar və praktiki iş prinsipləri barədə ətraflı məlumat əldə ediblər.

Müəssisənin təsisçi rəhbəri Səkinə Babayeva çıxış edərək öz peşəkar təcrübəsini bölüşüb, bu sahədə əldə etdiyi uğurlardan danışıb və iştirakçıları tekstil istiqamətində inkişaf etməyə təşviq edib.

Daha sonra müəssisənin baş direktoru Elçin Babayev satış strategiyasının düzgün qurulmasının əhəmiyyəti, ticari qaydalar və praktik yanaşmalar barədə məlumat verərək öz təcrübəsini iştirakçılarla bölüşüb.

Ekskursiyanın sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

Layihə çərçivəsində Şamaxı rayonu və ətraf kəndlərdən olan xanımlar üçün əlavə olaraq Bakıda tanışlıq məqsədli gəzintilər də təşkil olunub. İştirakçılar Bakı Zooloji Parkı və Dağüstü Park kimi paytaxtın görməli məkanlarını ziyarət ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi tənha anaların və aztəminatlı ailələrdən olan xanımların sosial inkişafına dəstək göstərmək, onların peşə bacarıqlarını artırmaq və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Sonda ekskursiyanın təşkilinə göstərilən dəstəyə görə Bakı Tekstil Fabrikinin kollektivinə, həmçinin layihənin həyata keçirilməsində iştirak edən tərəfdaşlara və əməyi keçən bütün şəxslərə təşəkkür edilib.

Mövzuya görə xəbərlər