Son dəqiqə

13-cü Dünya Şəhər Forumu (WUF13)

WUF13 çərçivəsində maarifləndirici treninqlərin iştirakçılarının sayı açıqlandı

Bakı. TurkicWorld:

Bakıda XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq çərçivəsində inklüzivliyin təmin edilməsi və personalın məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş maarifləndirici təlimlər keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin Müyəssərlik və İnklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli Bakıda foruma hazırlıq çərçivəsində ADA universitetində KİV nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada bildirib.

Onun sözlərinə görə, tədris materialları hazırlanıb və artıq onun ümumilikdə 4200 nəfərin iştirakı ilə tətbiq prosesinə başlanılıb.

O qeyd edib ki, təlimlər avtobus və taksi sürücüləri (800 nəfər), təhlükəsizlik xidmətlərinin əməkdaşları (200 nəfər), könüllülər (3000 nəfər), hava limanı işçiləri (100 nəfər) və qonaqların qarşılanması xidmətinin işçi heyəti (70 nəfər) üçün keçirilir.

Leyla Səfərli vurğulayıb ki, təlimlərin əsas məqsədi beynəlxalq forum ərəfəsində inklüziv mühitin formalaşdırılması və xidmət keyfiyyətinin artırılmasıdır.

Mövzuya görə xəbərlər