Ailə quran fərdlər arasında dialoq mühitinin olmaması bu ailələri kənar müdaxilələrə açıq edir- Türkiyəli tanınmış psixoterapevt

Ailə quran fərdlər arasında dialoq mühitinin olmaması bu ailələri kənar müdaxilələrə açıq edir- Türkiyəli tanınmış psixoterapevt

Bakı. TurkicWorld:

Bunu TurkicWorld-ə açıqlamasında Türkiyəli tanınmış psixoterapevt Ayşegül Keskin bildirib. O qeyd edib ki, boşanmalara nəzər saldıqda bunun tək bir səbəbdən olmadığını görürük. Bəzən həyat ər – arvad arasında olan münaqişə, valideynlərlə olan problem, həyat yoldaşları arasında cinsi problemlər, xəyanət, bəzi hallarda isə hər hansı bir fərdin psixoloji problemləri boşanmalara səbəb ola bilir.

A.Keskin hesab edir ki, ər-arvad münaqişəsi, xüsusilə evliliyin ilk iki ilindi ərlə arvadın bir-birini tanımaq prosesində olur və təflər bir birini tanıma zamanı əks tərəfə kəskin reaksiya verir ki, bu da qıcığa səbəb olur.

Digər bir tərəfdən fərdlər evlənməyə hazır olmalıdır. Ailə qurmağa hazır olmayan gənclər ailə qurduqları zaman, ailə-uşaq məsuliyyətini öz üzərinə götürə bilmir və bu da ailə quran fərdlər arasında ciddi problemlər və münaqişələrə səbəb olur”-deyə o bildirib.

A.Keskin onu da qeyd edib ki , ənənəvi olaraq,“qaynana preblemi” - də boşanmalara səbəb kimi öz aktuallığını qoruyub saxlayır. Ailə quran kişi və ya qadının bir şəxsiyyət kimi formalaşmaması, şəxsiyyət ola bilməməsi, öz valideynlərindən ayrılaraq müstəqil fikir yürüdə bilməməsi boşanmalara apara biləcək problemlərdən biridir.

“Ailə quran fərdlər arasında dialoq mühitinin olmaması, bu mühitin başqa bir yöndə artarılmasına səbəb olur. Bu kimi ailələr çox kövrək olur və istənilən kənar müdaxiləyə açıqdır”-deyə, A. Kəskin bildirib.

Onun fikrincə, qadınların dünyaya övlad gətirməsi ilə yaranan bəzi cinsi problemlər, doğuş sonrası depresiya ailə daxili problemlərə səbəb olur ki, bu zamanda fərdlər arasında münasibət ciddi zərər görə bilir.

“Qadınlar bu məsləyə ciddi yanaşmalı və heç bir halda ərlərindən kənarda, fərqli otaqda yatmamalıdırlar. Ümimiyətlə ər və arvad heç vaxt otaqları ayırmamalıdırlar. Hesab edirəm ki, bir-birinə sahib çıxmayan və bir-birini dəsətəkləməyən ər-arvad zaman keçdikcə bir-birindən soyurlar. Daha sonra isə bu fərdlər başqa qadınla münasibətlər qurmağama başlayır ki, bu da öz növbəsində ailənin tam dağılmasın gətirib çıxara bilir. Sədaqət evlilik və həyat yoldaşına bağlılıq hissi zəif olan insanlar üçün çətindir. Hər evlilikdə problemlər olur hətta xəyanətə gətirib çıxaran problemlər belə olur. Amma bu, xəyanətə haqq qazandırmır və onun normal qəbuluna əsas vermir. Bir insanın ortağı ilə problemi varsa, onu həll etməyə çalışmalıdır”-deyə o bildirib.

A.Keskinin fikrincə yalan əslində problemdən qaçmaq üçün istifadə edilir. “Həyat yoldaşı ilə problemi həll edə bilməyən insanlar hadisəni hiylə ilə ört-basdır etmək istəyirlər. Amma bu, daha böyük problemlərə səbəb olur. Nə olursa olsun, namuslu insan aldatmağı seçməz. Problemi həll etməyə çalışar. Bunun üçün həyat yoldaşı ilə danışımalıdır”-deyə türkiyəli psixoterapevt əlavə edib.

O hesab edir ki, ailədə uşaqlar varsa, fərdlər seçim kimi boşanmaya üstünlük verməli deyillər.

“Uşaqlı ailələrdə ər və arvad hər cür səy göstərdikdən sonra boşanma haqqında düşünməlidirlər. Evlilik müqəddəsdir. Təbii ki, həyat yoldaşları arasında fikir ayrılıqları ola bilər. Hətta eyni ailədə böyümüş uşaqların xasiyyətləri fərqli ola bilər. Dəyərlərimizi, inanclarımızı, ailə mədəniyyətimizi, evlərimizi və evliliyimizi qorumalıyıq. Çünki kapitalist sistemi nikahları dağıtmaqla yeni nizam yaratmaq istəyir və insanları ailəsiz qoymaqla fərdiyyətçiliyi hədəfləyir” deyə A.Keskin bildirib.