Son dəqiqə

ICESCO

Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq

Bakı: Trend:

Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar qeyd edib ki, regional ofisin yaradılması Azərbaycan ilə İCESCO arasında əlaqələrin inkişafına töhfə verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Mövzuya görə xəbərlər