Erkən nigahlar sağlam gələcəyə ciddi əngəldir – Türkiyəli tanınmış psixoterapevt

Erkən nigahlar sağlam gələcəyə ciddi əngəldir – Türkiyəli tanınmış psixoterapevt

Erkən nigahlar sağlam gələcəyə ciddi əngəldir.

Bunu Trend-ə açıqlamasında türkiyəli tanınmış psixoterapevt Ayşegül Keskin bildirib.

O qeyd edib ki , erkən nigahların qarşısının alınması üçün mübarizə üsullarından biri də, heç şübhəsiz ki, maarifləndirmədir.

“Erkən nigahların yayıldığı bölgələr araşdırılmalı və bu bölgədə maksimum maarifləndirmə işləri aparılmalıdır”, -deyə A.Keskin bildirib.

Psixoterapevt onu da qeyd edib ki, erkən nigahları araşdırarkən bunun vəziyyətə görə dəyişdiyini görmək olar.

“Bəzi hallarda erkən nigahlar adət halında ola bilər, çox nadir hallarda bu insanların öz seçimi, bəzən isə ailənin təzyiqi ilə ola bilər” – deyə, o bildirib.

Türkiyədə erkən nigahların səbəblərindən birinin də, valideynlərin erkən evləndiyinin olmasını qeyd edən A. Keskin hesab edir ki, bu halda valideynlər özləri övladlarını erklən nigahlara təşviq edirlər və bu bir çox hallarda adət halını alıb.

“Ailələrin təhsil səviyyəsi də bu amilə təsir edir. Belə ki, ailədə təhsil səviyyəsi aşağıdırsa, uşaqların gələcəklə bağlı sağlam planları və hədəfləri yoxdursa, bu halda uşaqları erkən nigahlara sövq edilirlər. Təhsil, elm və inkişaf kimi vacib hədəfləri olmayan uşaqlar, heç şübhəsiz, erkən nigahlara meylli olurlar” – deyə A.Keskin qeyd edib.

A.Keskin onu da əlavə edib ki , hər nə qədər nadir rast gəlinsə də, bəzən erkən nigahlara səbəb kimi ailə daxili şiddətdən qaçmaq düşüncəsinin olduğunu da görmək olar.

“Bəzən ailə daxili şiddətdən qaçmaq və öz gələcəyini özü qurmaq üçün erkən nigahlara da rast gəlirik. Bu hallara öz psixoterapevt təcrübəmdə rast gəlmişəm. Ailə daxili problemləri olan gənclər bu yolla azad olaraq, öz gələcəklərini özləri quracağını düşünürlər ”,- deyə o, bildirib.

Onun sözlərinə görə, həm Türkiyədə, həm də Azərbaycanda erkən nigahları araşdırarkən bunun əsasən təlim və təhsilə önəm verməyən ailələrdə daha çox rast gəlindiyinin şahidi oluruq.

“Bu tip ailələrdə erkən nigahlar normal sayılır. Məsələn Türkiyənin bəzi bölgələrində, gənclərin oxumaq istəməsinə baxmayaraq, evliliyin daha prioritet sayılması, təssüf olsun ki, normal qarşılanır. Azərbaycanda da bu problem təhsilə önəm verməyən ailələrin arasında müşahidə olunur”, - deyə A. Keskin bildirb.

O hesab edir ki, bu problemin qarşısının alınması üçün atılan addımlardan biri də maarifləndirmədir.

“Nə olursa olsun gənclərin təhsil və təliminə xüsüsu diqqət ayrılmalı və onlar təhsilə təşviq edilməlidirlər. Övladlarını oxutmayan ailələrə də bu istiqamətdə diqqqət yetirilməlidir və gənclərə anlatılmalıdır ki, heç bir halda evklilik bu və ya digər problemlədən qurtuluş yolu deyil”, -deyə A.Keskin bildirib.