Son dəqiqə

Təmiz Şəhər ASC

Bərk məişət tullantılarının yanması nəticəsində istehsal edilən illik enerjinin miqdarı açıqlanıb

Bakı. TurkicWorld:

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində 500 min ton bərk məişət tullantılarını yandırmaq gücündədir.

TurkicWorld xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin Utilizasiya şöbəsinin müdir müavini Arif Kərimov "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı bildirib.

Onun sözlərinə görə, il ərzində bu zibillərin yandırılması ilə 200 milyon kilovat/saat enerji istehsal olunur:

"Bu isə 110 min ev təsərrüfatını, Gəncə boyda şəhərin bir il ərzində elektriklə təmini deməkdir.
Zavodda istehsal edilən enerjinin 15 faizi zavodun daxili enerji ehtiyacını ödənilməsinə sərf edilir, qalan hissəsi Dövlət Enerji Şəbəkəsinə ötürülür.

Yandırılmadan ayrılan tüstü zavodda xüsusi reaktorda zəhərli qazlardan absorbsiya edilir.
Sutka ərzində yandırılan tullantının 24 faizini dib külü təşkil edir. Ondan isə alternativ inşaat materialı istehsal edilir. Bu material yol inşaatında alt qat kimi istifadə edilir.

Sutka ərzində yandırılmasa 3.9 faiz isə zəhərli küllər yaranır. Bunlar da təhlükəli tullantılar poliqonuna yönləndirilir".

O vurğulayıb ki, bu zavod Bakı üçün ağciyər funsiyasını yerinə yetirir.

Mövzuya görə xəbərlər