BAKI, TurkicWorld
“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə 4 aprel tarixində ölkəmizdə IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək.
TurkicWorld xəbər verir ki, artıq ənənəvi platformaya çevrilən bu zirvə son illər ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün vacib müzakirə mühiti formalaşdırıb.
Tədbir “Unibank”ın Bank sponsorluğu və “Azintelecom”un rəqəmsal həllər üzrə sponsorluğu ilə həyata keçirilir. Zirvə dövlət və özəl sektor nümayəndələrini, maliyyə və vergi sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək sahə üzrə aktual məsələlərin müzakirəsi və peşəkar təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayacaq.
Bu il zirvə “Bahalı səhvlər” konsepti ilə təşkil olunur. Tədbirin əsas məqsədi maliyyə idarəçiliyi, əmək münasibətləri və vergi sahəsində şirkətlərin qarşılaşdığı kritik səhvləri analiz etmək, onların yaranma səbəblərini və biznes üçün doğurduğu hüquqi və maliyyə risklərini daha dərindən araşdırmaqdır. Zirvə çərçivəsində bu səhvlərin qarşısının alınması üçün effektiv yanaşmalar, praktik həll yolları və real biznes təcrübələri ekspertlərin iştirakı ilə geniş müzakirə olunacaq.
Zirvə çərçivəsində sahənin aktual mövzularını əhatə edən bir neçə panel müzakirəsi keçiriləcək.
I Panel – “Maliyyə riskləri və uçot”
Bu paneldə maliyyə qərarlarında risklərin düzgün qiymətləndirilməsi, uçot sisteminin effektiv qurulması, maliyyə nəzarət mexanizmləri və şirkətlərdə maliyyə intizamının təmin olunması kimi məsələlər müzakirə ediləcək. Ekspertlər real biznes nümunələri əsasında maliyyə idarəetməsində buraxılan səhvlərin mümkün nəticələrini və onların qarşısının alınması yollarını bölüşəcəklər.
II Panel – “Əmək münasibətlərində uçot riskləri”
Panel çərçivəsində vergi qanunvericiliyində tez-tez rast gəlinən səhvlər, vergi yoxlamaları zamanı şirkətlərin üzləşdiyi risklər, hüquqi məsuliyyət və bu risklərin idarə olunması üçün tətbiq edilən praktik yanaşmalar müzakirə olunacaq.
III Panel – “Vergi riskləri”
Bu paneldə əmək müqavilələri və işçi–işəgötürən münasibətlərində yaranan hüquqi və maliyyə riskləri, əmək qanunvericiliyində tez-tez rast gəlinən səhvlər və onların biznesə təsirləri ekspertlərin təcrübəsi və baxışları əsasında müzakirə olunacaq.
IV Vergi və Mühasibatlıq Zirvəsi maliyyə, vergi və mühasibatlıq sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək təcrübə mübadiləsi, aktual məsələlərin müzakirəsi və effektiv həll yollarının paylaşılması üçün vacib platforma rolunu oynayacaq.
Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.
//www.instagram.com/vmzbaku/
//www.facebook.com/vmzbaku/
//www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOAIV Vergi Mühasibatlıq Zirvəsinin rəsmi media tərəfdaşıdır.
