Son dəqiqə

Azərbaycan Ombudsman Xocalı

Ombudsmanın regional mərkəzləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

BAKI,TurkicWorld

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri çərçivəsində Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə tədbirlər təşkil olunub.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzlərinin təşəbbüsü ilə keçirilən tədbirlərdə Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.

Bildirilib ki, hər il ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına müvafiq bəyanatlar ünvanlanır.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi yad olunub, Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş ağır cinayət olduğu bir daha vurğulanıb.

Mövzuya görə xəbərlər