Son dəqiqə

Diaspor Komitəsi sədri: Azərbaycançılıq ideyaları xaricdə yüksək səviyyədə təbliğ olunur Türk dünyası birliyi: Kərkük və Azərbaycanın qırılmaz bağları Şəmsəddin Kuzəçi Diaspor Komitəsində fəaliyyət planlarını təqdim etdi Bakıda mühüm görüş: Azərbaycan-Kərkük mədəni əlaqələri müzakirə edildi

Komitə sədri Kərkük Mədəniyyət Dərnəyinin təsisçisi ilə görüşüb

BAKI, TurkicWorld

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kərkük Mədəniyyət Dərnəyinin təsisçisi və rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşüb.

TurkicWorld Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, komitə sədri Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.

İraq türkmanlarının problemlərinin də daim Azərbaycan dövlətinin diqqətində olduğunu söyləyən komitə sədri iki qardaş xalq arasındakı mədəni-ədəbi əlaqələrin inkişafına Şəmsəddin Kuzəçinin verdiyi töhfələri qeyd edib, gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.

Səmimi qəbula görə minnətdarlıq edən qonaq dərnəyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Komitə tərəfindən dərnəyin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.