Son dəqiqə

İranın Azərbaycandakı səfirliyi İranın yol və şəhərsalma nazirliyi Fərzanə Sadeq

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

BAKI, TurkicWorld

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək.

Bu barədə TurkicWorld-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, səfərdə iranlı naziri yüksək səviyyəli heyət müşayiət edəcək.

Xanım nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.

İclasda iki ölkə arasında birgə layihələr, avtomobil yolu və dəmiryolu nəqliyyatı və yükdaşıma, enerji, ticarət və sair əməkdaşlıq sahələrində danışıqlar aparılacaq.

Mövzuya görə xəbərlər