Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Mehriban Əliyeva Azərbaycan ordusu Xankəndi Ağdərə Xocalı Böyük Qayıdış

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatdı: mənzillərin açarları təqdim olundu

BAKI, TurkicWorld

Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

TurkicWorld xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin rəsmiləri qarşılayıblar.

Bildirilib ki, kəndlərə köç edən ailələrə evlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, hər cür şəraitlə təmin olunması barədə məlumat verilib. ANAMA əməkdaşları tərəfindən ailələrə mina təhlükəsizliyi qaydaları haqqında məlumatlar verilib. Bukletlər təqdim edilib.

Qeyd edək ki, bu günkü köçdə daxil olmaqla Xanyurdu kəndində ümümi 129 ailə (455 nəfər), Təzəbinə kəndi ümümi . 147 ailə (650 nəfər), Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə isə 35 ailə (140 nəfər) daimi qayıdışı təmin olunub

xxx

13:23

Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb.

TurkicWorld xəbər verir ki,Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər köçürülüb.

xxx

12:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

TurkicWorld xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Mövzuya görə xəbərlər