Son dəqiqə

Azərbaycan əl işi sənayeləri üzrə beynəlxalq forumda təmsil olunub Məsqətdə Azərbaycan milli əl işləri nümayiş etdirildi Şəki sənətkarlığı Omanda beynəlxalq forumda təqdim edilib Azərbaycan I Beynəlxalq Əl İşi Sənayeləri Forumunda iştirak edib Oman forumunda Azərbaycan mədəni irsi diqqət mərkəzində Azərbaycan yaradıcılıq sənayeləri Məsqətdə tanıdılıb

Azərbaycan əl işi sənayeləri üzrə I Beynəlxalq Forumda təmsil olunub

BAKI,TurkicWorld

Azərbaycan yaradıcılıq və əl işi sənayelərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində növbəti addım atılıb.

TurkicWorld xəbər verir ki, Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş I Beynəlxalq Forumda Azərbaycanı milli stendlə təmsil edib. 22–26 yanvar tarixlərini əhatə edən forum Omanla yanaşı, müxtəlif ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.

Forum çərçivəsində Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Omanın Mədəni İrs və Turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə Azərbaycan milli stendini ziyarət ediblər.

Ziyarətçilər milli stenddə yerli sənətkarlar tərəfindən təqdim olunan Şəkiyə məxsus şəbəkə, təkəlduz və keçə sənəti nümunələri ilə yaxından tanış olublar. Təqdim olunan əl işi nümunələri Azərbaycanın zəngin mədəni irsini və ənənəvi sənətkarlıq məktəblərini əks etdirib.