Son dəqiqə

Nazirliyin süni intellekt layihələri beynəlxalq hesabatda yer aldı Azərbaycan GovMesh Horizons hesabatında təmsil olunub DOST Mərkəzinin rəqəmsal təcrübəsi beynəlxalq səviyyədə tanındı iDost rəqəmsal köməkçisi beynəlxalq hesabatda nümunə kimi göstərildi Azərbaycanın sosial sahədə süni intellekt tətbiqləri diqqət çəkdi Rəqəmsal transformasiya sahəsində Azərbaycan ön sıralarda

Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Sinqapurun “GovInsider” təşkilatı tərəfindən hazırlanmış “GovMesh Horizons” beynəlxalq hesabatında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya və süni intellekt tətbiqləri üzrə təcrübəsi yer alıb.

TurkicWorld xəbər verir ki, hesabatda 2025-ci ildə müxtəlif ölkələrdə rəqəmsal idarəetmə sahəsində əldə olunan qabaqcıl təcrübələr təqdim olunub. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrə xüsusi diqqət ayrılıb.

Hesabatda Nazirliyin “e-sosial” portalı çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsasında tətbiq edilən “iDost” rəqəmsal köməkçi xidməti, eləcə də əlillik təyinatı üzrə elektron sistemdə istifadə olunan süni intellekt əsaslı alqoritmlər nümunə kimi göstərilir.

Beynəlxalq hesabatda Azərbaycanla yanaşı, İndoneziya, İslandiya, Yaponiya, Litva, Niderland, Koreya və digər ölkələr daxil olmaqla ümumilikdə 11 ölkənin rəqəmsal transformasiya sahəsində nailiyyətləri işıqlandırılıb.

Qeyd olunub ki, “GovMesh” təşəbbüsünün əsas məqsədi rəqəmsallaşma sahəsində qabaqcıl təcrübələrin paylaşılması, mövcud çağırışların müzakirəsi və dövlət qurumları arasında yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasıdır.