Son dəqiqə

Azərbaycan Avropa İttifaqı İtaliya İqtisadi əlaqələr

İtaliya Azərbaycan üçün Aİ-nin 500 milyonluq bazarına açılan əsas qapıdır - Nazir müavini

BAKI,TurkicWorld

İtaliya etibarlı tərəfdaş Azərbaycan üçün Aralıq dənizi hövzəsinə və Avropa İttifaqında (Aİ) 500 milyon istehlakçını əhatə edən bazara açılan əsas qapılardan biri ola bilər.

TurkicWorld xəbər verir ki, bunu bu gün İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli bu gün Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.

Onun sözlərinə görə, komissiyanın əsas məqsədlərindən biri həm İtaliyada, həm də Azərbaycanda investisiya və biznes imkanlarının genişləndirilməsidir:

"Eyni zamanda, hər iki ölkə bağlantı layihələri, iqtisadi, mədəni və insanlararası əlaqələrin daha da inkişafı baxımından strateji yanaşmaya malikdir. İtaliya etibarlı tərəfdaş Azərbaycan üçün Aralıq dənizi hövzəsinə və Avropa İttifaqında 500 milyon istehlakçını əhatə edən bazara açılan əsas qapılardan biri ola bilər".

Mövzuya görə xəbərlər