BAKI,TurkicWorld
Layihə çərçivəsində 9–12 yaşlı 15 və 13–16 yaşlı 15 şagird olmaqla ümumilikdə 30 şagird “Teatr dərnəyi”nə cəlb olunacaq.
TurkicWorld xəbər verir ki, layihə müddətində şagirdlər üçün peşəkar mütəxəssislər tərəfindən təlimlər, teatr məşqləri, səhnə tapşırıqları və təqdimetmə yönümlü praktiki fəaliyyətlər həyata keçiriləcək.
Xatırladırıq ki, “Təhsildə İncəsənət” qrant layihəsi Pərvanə Səfərova Qorxmaz qızı tərəfindən Bakı şəhəri Yasamal rayonu 150 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.
Layihənin məqsədi şagirdlərin dram dərnəyində iştirakını təmin etməklə onların təhsil üçün önəmli olan həyati bacarıqlarını inkişaf etdirməkdir.






