BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxslərə 118 min reabilitasiya vasitəsi verilib.
Onlardan 6,2 mini təkərli oturacaq (o cümlədən 179-u mühərrikli təkərli oturacaq), 2,3 mini aşağı və yuxarı ətraf protezi, 6 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 9,8 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 505 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Cari ilin 11 ayında əlilliyi olan 13 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib







