Son dəqiqə

Azərbaycan Qarabağ Bərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi RehaPoint

“RehaPoint” Məntəqəsində 3,3 min şəxsə reabilitasiya xidmətləri göstərilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayan “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsində ötən dövrdə 3,3 min şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

TurkicWorld xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu məntəqədə bölgənin əlilliyi olan sakinlərinin müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təminatı işləri aparılır.

“RehaPoint” məntəqəsində əlilliyi olan 330-dan çox şəxsə ehtiyaclarına uyğun olaraq 2,1 mindən çox reabilitasiya vasitəsi də verilib.

Mövzuya görə xəbərlər