Son dəqiqə

Azərbaycan Bakı Türk Dövlətləri Təşkilatı (TDT)

Bakıda Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir

BAKI,TurkicWorld

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir.

TurkicWorld xəbər verir ki, "Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq" adı ilə keçirilən iclasda Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak edir.

Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Sirojiddin Bobokulov , Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqay, Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin məşğulluq siyasəti üzrə dövlət katibi Sandor Czomba və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tachjanova çıxış edəcəklər.

Sonda Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının Bəyannaməsi imzalanacaq.

Mövzuya görə xəbərlər