Son dəqiqə

Heydər Əliyev Fondu Leyla Əliyeva IDEA İctimai Birliyi Alena Əliyeva Azərbaycan Animasiya Assosiasiyası Lənkəran şəhər Mədəniyyət Mərkəzi ANİMAFİLM Lənkəranda festivalı ANİMAFİLM festivalı regionlarda layihəsi

Lənkəranda ANİMAFİLM festivalı keçirilib

BAKI, TurkicWorld

Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində "ANİMAFİLM Lənkəranda" festivalı keçirilib.

TurkicWorld xəbər verir ki, "ANİMAFİLM festivalı regionlarda" layihəsi çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunmuş "Tarix", "Həmişəyaşıl", "Narqız", "Pulun dili", "Soyuz Qraviton" animasiya filmləri ilə yanaşı, yeni "Yer və Ay", "Bum-bum" filmləri də təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər