Son dəqiqə

İkinci Qarabağ Müharibəsi Zəfər Günü Azərbaycan bayrağı 44 günlük Vətən müharibəsi Dənizkənarı Milli Parkı atəşfəşanlıq

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub

BAKI,TurkicWorld

Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil olunub.

TurkicWorld xəbər verir ki, konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük maraqla iştirak ediblər.

44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə "Xarıbülbül" nişanı və Qələbə şüarlarları əks olunub.

Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin, günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi coşqu ilə qarşılanıb.

Mövzuya görə xəbərlər