Son dəqiqə

Azərbaycan Pakistan Lahor-Bakı birbaşa aviareysi Lahor

Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib

Bakı. TurkicWorld:

Aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən həyata keçirilən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuşun qarşılanma mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hava limanının rəhbər şəxsləri, habelə media təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.

Mövzuya görə xəbərlər