TƏBİB

Qarlı hava səbəbindən təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

Bakı,TurkicWorld

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28.02.2025-ci il tarixi saat 20:00 radələrindən indiyədək 9-u qadın, 8-i kişi olmaqla, 17 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TurkicWorld-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.:

"3 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb".

Mövzuya görə xəbərlər