Son dəqiqə

Azərbaycan Türkiyə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Bakıda Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masası keçirilir

Bakı, TurkicWorld

Bakıda Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masası keçirilir.

TurkicWorld xəbər verir ki, tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Dəyirmi masa "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusuna həsr olunub.

Dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhmədov İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, deputat Vüqar Rəhimzadə, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova, eləcə də, bir sıra media rəhbərləri iştirak edirlər.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər