Bakı, TurkicWorld
Dövlət sərhəd xidmətinin təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası və "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisinə mediatur təşkil olunub.
TurkicWorld xəbər verir ki, tədbirdə iştirak edən media nümayəndələri ilkin olaraq DSX-nın "Şəmkir" sərhəd dəstəsinin qərargahında olublar.
Jurnalistlərə sərhədçilərin fəaliyyəti, silahlanmada olan silah-sursat, hərbi texnika, dövlət sərhədinin mühafizəsində ve müdafiəsində istifadə olunan cihazlar, xidməti heyvanlar barədə ətraflı məlumat verilib.
Həmçinin mediatur iştirakçıları şəxsi heyyətin xidmət və məişət şəraiti ilə də tanış olublar.
Qeyd edək ki, mediatur Qazax əlahiddə sərhəd diviziyasının xidməti ərazisində davam edecek.