Azərbaycan Gənclər Fondu

Sağlam bədəndə, sağlam ruh olar layihəsi başlayır

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlam bədəndə, sağlam ruh olar” adlı layihə başlayır!

Layihə çərçivəsində ilk təlim Ahəng PRİM rəhbəri, psixoloq, təlimçi Vüsalə Əmiraslanovanın təqdimatında 11 oktyabr 14:00-da Globus Center’da psixologiya mövzusunda olacaq. Burada yalnız fiziki sağlamlıq deyil, eyni zamanda ruhun, düşüncənin necə balansda olması barədə də danışılacaq.

Qeyd etmək lazımdır ki, layihə rəhbəri Əmrah Həsənlinin olduğu, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan layihə gənclərə sağlamlığımızın vacibliyini aşılamaq məqsədi daşıyır.

Mövzuya görə xəbərlər