Azərbaycan Gənclər Fondu

Gənclər Fondunun Xocalı və Ağdamda tədbirlər keçirməsi nəzərdə tutulub–Qədir Xəlilov (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan Gənclər Fondunun Xocalı və Ağdamda tədbirlər keçirməsi nəzərdə tutulub.

Bu sözləri TurkicWorld-a açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov deyib.

“Xocalı faciəsi unudulmamalıdır, biz də öz üzərimizə düşəni edərək bununla bağlı həqiqətləri gənclərimizə aşılmalıyıq ki, növbəti nəsillərə də çatdırılsın”, – deyə o vurğulayıb.

Q. Xəlilov onu da qeyd edib ki, ilk dəfə Gənclər Fondu tərəfindən “Xocalıya ədalət” Kampaniyası ilə birlikdə süni intellekt üzərindən “Xocalı faciəsi gənclərin gözü ilə” şəkil müsabiqəsi elan edilib.

Onun sözlərinə görə, gənclər ayrı-ayrı süni intellekt alətlərindən istifadə etməklə müsabiqədə iştirak edəcək və bununla da bir daha Xocalı faciəsi gənclər arasında təbliğ olunacaq.

Qeyd edək ki, “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə 15 fevral tarixində “Reza Deghatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib.

Mövzuya görə xəbərlər