Azərbaycan Gənclər Fondu

“Veni Vidi Vici” layihəsinə qeydiyyat başladı

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İtiifaqı Komitəsinin tərəfdaşlığı ilə 12-13 oktyabr tarixlərində “Veni Vidi Vici” layihəsi həyata keçiriləcək!

3 mərhələdən ibarət olan layihə, gənclərin mübarizə ruhunu, zəka və fiziki gücünü sınamağa yönəlib.

Yarışın ilk mərhələsində keçirilən intellektual yarışda iştirakçılar öz biliklərini nümayiş etdirib, çevik düşünmə bacarıqlarını sübut edəcəklər. İkinci mərhələdə isə idman yarışında öz fiziki güc və bacarıqlarını göstərəcəklər. Hər iki mərhələni uğurla başa vuran 3 komanda final mərhələsində iştirak etmək haqqı qazanacaq. Finalda komandalar "Axtar Tap" oyunu oynayıb, gizli tapşırıqları həll edəcəklər. Yarışın sonunda qalib komanda müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd etmək lazımdır ki, layihə rəhbəri Elmira Kərimovanın olduğu, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan layihə gənclərin sosiallaşması, səmərəli vaxt keçirməsi məqsədilə həyata keçirilib. Tədbirin sonunda iştirakçılar yeni dostluqlar quraraq həm əylənib, həm də öyrəniblər.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Mövzuya görə xəbərlər