Son dəqiqə

Azərbaycan Estoniya

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib (FOTO)

Bakı, TurkicWorld

Estoniyada Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-ə bildirilib ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Buta Art Studio" Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı və Yaradıcılıq Mərkəzinin rəhbəri, rəssam Rövşən Quliyevin (Rövşən Nur) təşəbbüsü ilə "Qarabaşlılar qardaşlığı" Evində baş tutub.

Tədbirdə soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Almaniya və Finlandiyadan da qonaqlar iştirak edib. Fəxri qonaqlar sırasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətlərinə və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Bakıdan dəvət olunmuş musiqişünas Mübariz Əliyevin sazda ifası, bundan başqa qarmonçalan Elnur İmanovun, "Grace" və "Leesikad" qruplarının çıxışları rəğbətlə qarşılanıb.

İştirakçılara milli mətbəximizdən müxtəlif yeməklər, şirniyyatlar, həmçinin Azərbaycan istehsalı olan qida məhsulları təqdim edilib.

Mövzuya görə xəbərlər