Bakı, TurkicWorld
Ölkə ərazisində Bakı şəhərini çıxmaq şərti ilə bərk tullantılarla bağlı vəziyyət yaxşı deyil.
TurkicWorld xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev "Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu"nun zəruri əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ictimai müzakirədə deyib.
O bildirib ki, bununla bağlı regionlarda tullantıların idarəolunması prioritet məsələdir.
"İlk olaraq Abşeronda tədbirlər görülməsi planlaşdırılır. Sonra isə digər regionlarda mərhələli işlər görüləcək",-deyə o qeyd edib.
Xəbər yenilənəcək