Ölkəyə pul köçürmə sistemləri vasitəsilə 2025-ci ildə 8,7 faiz artım olub. Belə ki, dövr ərzində ölkəyə 1,177 milyard dollar pul baratı (0,2 faiz artım) daxil olub.
TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Rusiya - 479,3 milyon ABŞ dolları;
Türkiyə- 193,2 milyon ABŞ dolları;
ABŞ - 100,7 milyon dollar;
Gürcüstan - 43,6 milyon dollar
Birləşmiş Krallıq - 42,4 milyon ABŞ dolları;
S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 4,1 faiz azalıb və 505 milyon dollar olub.
Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Türkiyə- 145,7 milyon dollar;
ABŞ - 76,4 milyon dollar;
Rusiya - 46,4 milyon dollar;
Birləşmiş Krallıq - 26,7 milyon dollar;
Gürcüstan- 26,2 milyon dollar




