Son dəqiqə

Azərbaycan 13-cü Dünya Şəhər Forumu (WUF13)

Azərbaycanda özəl sektorun WUF 13-də iştirakını genişləndirəcəyik - Anna Soave

Bakı.TurkicWorld:

Ümumdünya Şəhərsalma Forumu dövlət qurumlarını, icmaları, invesyorları bir araya gətirən platforma kimi çıxış edir. Qarşıda duran çağırışlar kifayət qədər böyükdür.

TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün UN-Habitat-ın Azərbaycandakı ölkə proqramının rəhbəri Anna Soave "WUF13 - Özəl sektor üçün məlumatlandırma sessiyası"nda deyib.

A. Soave bildirib ki, dünyada 3 milyarddan çox insan qeyri-layiqli şəraitdə yaşayır və bu reallıq həm insanların sağlamlığına, həm də ümumi iqtisadiyyata mənfi təsir göstərir:

"Şəhərlər sürətli transformasiyalara uyğunlaşmalıdır. Qəbul etməliyik ki, şəhərlər dayanıqlı gələcəyin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan üçün WUF13-ə ev sahibliyi etmək xüsusi əhəmiyyət kəsb edir və bu, Bakını qlobal mərkəzə çevirir".

Onun sözlərinə görə, Qahirədə keçirilən WUF 12-də 25 min, WUF 11-də isə 17 min iştirakçı olub.

"Bu il Azərbaycanda özəl sektorun WUF-da iştirakını daha da genişləndirməyi planlaşdırırıq. WUF 13 Azərbaycanda şirkətlərə həmçinin qlobal problemlərin həllinə töhfə vermək fürsətidir", – deyə o əlavə edib.

Mövzuya görə xəbərlər