Son dəqiqə

Diasporla İş üzrə Dövlət Komitəsi

Almaniyadakı azərbaycanlı həkimlərin III forumu keçiriləcək

Bakı, TurkicWorld

14 sentyabr 2024-cü il tarixində Bonn şəhərindəki məşhur Kameha Grand Bonn adlı oteldə Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld -ə verilən məlumata görə, bu mühüm tədbirin təşkilində məqsəd Almaniyadakı azərbaycanlı həkimlər və tibb tələbələri arasında peşəkar bilik və təcrübə mübadiləsi, onların şəbəkələşməsi, iki ölkənin tibb sahəsində əməkdaşlığının inkişafı, ümumən Azərbaycan ilə Almaniya arasında əlaqələrin möhkəmləndirilməsidir.

Bu forumda öz sferalarında aktual mövzuları müzakirə etmək məqsədilə Almaniyanın 79 müxtəlif şəhərindən həkimlər, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər bir araya gələcəkdir. Tədbir Azərbaycan həkimlərinin Almaniya səhiyyəsinə verdiyi töhfəni tanıtmaq üçün unikal imkan yaradacaqdır.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində, II Forumu 18 noyabr 2023-cü ildə Berlin şəhərində təşkil edilib. III Forum Almaniyanın Bonn şəhərində keçiriləcək.

Qeyd edək ki, Almaniyada Azərbaycanlı Həkimlərin III Forumu yerli mətbuatın da diqqətini cəlb edib və geniş işıqlandırılıb:

https://www.extratipp.com/na-pressemitteilungen/iii-forum-der-aserbaidschanischen-aerzte-in-deutschland-fachlicher-austausch-und-vernetzung-in-bonn-zr-93278460.html?trafficsource=idTopBox

https://www.presseportal.de/pm/176095/5856847

https://www.hanauer.de/na-pressemitteilungen/iii-forum-der-aserbaidschanischen-aerzte-in-deutschland-fachlicher-austausch-und-vernetzung-in-bonn-zr-93278460.html

https://mein-berlin.net/berlin-aktuell/iii-forum-der-aserbaidschanischen-aerzte-vernetzung-in-bonn/

https://www.nachrichten-heute.net/1246311-iii-forum-der-aserbaidschanischen-aerzte-in-deutschland-fachlicher-austausch-und-vernetzung-in-bonn.html

https://www.braunschweiger-zeitung.de/wirtschaft/Presseportal/article407167836/iii-forum-der-aserbaidschanischen-aerzte-in-deutschland-fachlicher-austausch-und-vernetzung-in-bonn.html

https://headtopics.com/de/iii-forum-der-aserbaidschanischen-arzte-in-deutschland-58398377

https://www.wetterauer-zeitung.de/na-pressemitteilungen/iii-forum-der-aserbaidschanischen-aerzte-in-deutschland-fachlicher-austausch-und-vernetzung-in-bonn-zr-93278460.html

https://www.extremnews.com/berichte/vermischtes/c4f519b5ce6f94d

Mövzuya görə xəbərlər